2011!
  • KİMYA MƏKTƏBDƏ

    Elmi-nəzəri və metodik məcmuə

    Azərbaycan Respublikası Təhsil Nazirliyinin 10.02.2003-cü iltarixli 112 saylı əmri ilə təsis edilmişdir

    Təsisçi:
    Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsil Problemləri İnstitutu, Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının müxbir üzvü, kimya elmləri doktoru, professor Vaqif Məhərrəm oğlu Abbasov.

    Baş redaktor - Vaqif Məhərrəm oğlu Abbasov

    Baş redaktorun müavini - R.Ə. Nəcəfova

    Məsul katib - Mütəllim Məhərrəm oğlu Abbasov

    Texniki redaktor - Zaur Zabil oğlu Ağamalıyev

    KİMYA MƏKTƏBDƏ saytına xoş gəlmişsiniz!

  • REDAKSİYA HEYƏTİ

    Baş redaktor: Vaqif Məhərrəm oğlu Abbasov Şöhrət ordenli, Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının həqiqi üzvu (akademik), kimya elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar müəllimi, Y.H. Məmmədəliyev adına Neft Kimya Prosesləri İnstitutunun direktoru
    Baş redaktorun müavini: Raya Əli qızı Nəcəfova kimya elmləri doktoru, Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialının direktoru
    Məsul katib: Mütəllim Məhərrəm oğlu Abbasov pedaqoji elmləri doktoru, Y.H.Məmmədəliyev adına Neft Kimya Prosesləri İnstitutunun aparıcı elmi işçisi, Azərbaycan Respublikasının əməkdar müəllimi


    A.H. Əliyev – p.e.n., Təhsil Problemləri İnstitutunun şöbə müdiri

    Ə.T. Əzizov – k.e.n., Bakı Dövlət Universitetinin Kimya tədrisi metodikası kafedrasının müdiri

    M.S. Fərəcov – p.e.n., Təhsil Problemləri İnstitutunun aparıcı elmi işçisi

    T.Ə. Ağdamski – k.e.d., Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru

    N.O. Əhədov – k.e.n., Kimya-Biologiya Təmayüllü liseyin müəllimi

    Z.Ə. Zeynalov – Yevlax şəhər 2 saylı məktəbin kimya müəllimi

    N.Ə. Abışov – k.e.n., H.Əliyev adına Müasir Təhsil Kompleksinin direktoru

    N.Q. Şıxəliyev – k.e.n., Bakı Dövlət Universitetinin kimya fakültəsinin dekan müavini

  • Fashion

    3D Objects

    Wedding

    Reportage

    Advertising

    Portrait

  • JURNALIN TARİXİ

    2000-ci illərin əvvəllərində kimyadan ilk milli kimya dərslikləri çıxmışdı və yeni fənn proqramları tərtib olunmuşdu. Kimyanın tədrisi sahəsində çox mühüm rol oynayan tədris metodikası sahəsində ölkədə jurnal nəşr olunmurdu. Digər tərəfdən, kimya müəllimləri hazırlayan universitetlərdə kimyanın tədrisi metodikasına kifayət qədər diqqət ayrılmaması və metodiki vəsaitlərin az olması yüksək səviyyəli kimya müəllimləri hazırlamağa imkan vermirdi (qeyd edək ki, bu problem hələ də qalmaqdadır). Kimya müəllimlərinin metodiki biliklərinin kifayət qədər olmaması, məktəblərdə kimya laboratoriyalarının olmaması, reaktivlərin və əyani vasitələrin çatışmaması şagirdlərin kimyaya həvəsinin yaranmasına imkan vermir və bir çox hallarda məhz bu səbəbdən şagirdlər kimya fənnini öyrənməkdən imtina edirlər.

    Müəllimlərin metodikanı yaxşı bilməməsi fənnlər arası əlaqənin yaradılmasına imkan vermir və şagirdlər biologiya və fizika ilə əlaqəli bir sıra mövzuların öyrənilməsində çətinlik çəkirlər.

    Bütün bunları nəzərə alaraq Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, kimya elmləri doktoru, professor, Azərbaycanın əməkdar müəllimi Abbasov Vaqif Məhərrəm oğlu Azərbaycan Respublikası Təhsil Nazirliyi qarşısında 2003-cü ildə "Kimya məktəbdə" jurnalının təsis olunması haqqında vəsadət qaldırmışdır.

    Azərbaycan Respublikası Təhsil Nazirinin 10.02.2003-cü il tarixli, 112 saylı əmri ilə "Kimya məktəbdə" jurnalı təsis olundu və təsisçi kimi Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsil Problemləri İnstitutu və Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, kimya elmləri doktoru, professor, "Şöhrət" ordenli, Azərbaycanın əməkdar müəllimi Abbasov Vaqif Məhərrəm oğlu təsdiq olundu.

    "Kimya məktəbdə" jurnalı 2003-cü ildən V.M.Abbasovun şəxsi vəsaiti hesabına, ildə 4 nömrə olmaqla nəşr olunur və müəllimlərə ödənişsiz olaraq verilir.

  • Ə L A Q Ə

    Redaksiyanın ünvanı: Az 1025 Bakı şəh., Xocalı pr., 30
    Azərbaycan MEA akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu

    baş redaktor:     (+994012) 490-30-29, 490-34-04
    baş redaktorun müavini:      (+994018) 655-27-28
    məsul katib:      (+994012) 463-16-71
    exniki redaktor:     (+994050) 660-84-99

    e-mail: zaurterterly@rambler.ru

    ünvan

  • MÜƏLLİFLƏR ÜÇÜN

    QAYDALAR

    Müəlliflərin nəzərinə!

    "Kimya məktəbdə" jurnalında dərc olunan məqalələr (2003-cü ildən 2010-cu ilin may ayına kimi) Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələblərini ödəyən "Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlərin siyahısı"na daxildir.

    Jurnala qoyulan tələblər: Məqalələr üç dildə - Azərbaycan, rus və ingilis dillərində çap oluna bilər. Məqalənin yazıldığı dildən əlavə digər 2 dildə xülasə verilməlidir. Mövzu ilə bağlı elmi məqalələrə istinad olmalıdır. Məqalənin sonunda verilən ədəbiyyat siyahısı əlifba ardıcıllığı ilə deyil, istinad olunan ədəbiyyatların mətndə rast gəlindiyi ardıcıllıqla nömrələnməli və məsələn, [1] və ya [1, s.108] kimi işarə olunmalıdır. Eyni ədəbiyyata mətndə başqa bir yerdə təkrar istinad olunarsa, onda istinad olunan həmin ədəbiyyat əvvəlki nömrə ilə göstərilməlidir. Məqalələrin sonundakı ədəbiyyat siyahısında son 5-10 ilin elmi məqalələrinə, monoqrafiyalarına və s. istinadlara üstünlük verilməlidir. Hər bir məqalədə UOT indeksləri və ya PACS tipli kodlaraçar sözlər göstərilməlidir. Açar sözlər üç dildə verilməlidir.

    Redaksiya heyətinin operativ işləməsi üçün müəlliflər aşağıdakılara diqqət yetirməlidir:

    1. məqalə Microsoft Word proqramında (A-4 formatda, Times New Roman - 12 şrifti ilə, 1 intervalda)yığılmalıdır;
    2. məqalənin həcmi 15 səh. çox olmamalıdır;
    3. məqalə çap olunmuş formada 2 nüsxə və CD-disk ilə birlikdə qəbul olunur;
    4. redaksiya heyəti tərəfindən çapı məsləhət bilinməyən məqalələr geri qaytarılmır;
    5. redaksiya heyəti tərəfindən çapı məsləhət bilinən məqalələr 6 ay ərzində nəşr oluna bilər.

    Jurnala abunə olmaq üçün (ilk dəfə) aşağıdakı qeydlər mütləq lazımdır.

    Məqalə ilə birlikdə (ardıcıllıq nəzərə alınmaqla!) verilənləri də göndərin:

    • F.A.A.
    • Doğum tarixi (gün, ay, il)
    • İş yeri, vəzivəsi və elmi dərəcə
    • Ev ünvanı (indekslə birlikdə)
    • Əlaqə telefonları (ev, iş, mobil (şəhər kodu ilə birlikdə))
    • Elektron adres (e-mail ünvanı)

    Məqaləni redaksiyanın ünvanına göndərə bilərsiniz:

    Az 1025 Bakı şəh., Xocalı pr., 30

    və yaxud elektron poçtu ilə: zaurterterly@rambler.ru

  • 1-33-2011

    2_3-34_35-2011

    2-3(46-47)2014

    4-36-2011

    1-2_37-38_2012

    3-4_39-40_2012

    1-41-2013

    2-42-2013

    3-43-2013

    4-44-2013

    1-45-2014

    4-48-2014

    1-49-2015

    2-3(50-51)-2015

    4-52-2015

    1(53)2016

    2(54)2016

    3-4(55-56)2016

Copyright © 2014 KİMYA MƏKTƏBDƏ     Яндекс.Метрика